Mark Feysbukun xəbər lentini dəyişir

Ləman Hüseynzadə / AZADİNFORM. Feysbuk sosial şəbəkəsinin xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək. 

Azadinform xəbər verir ki, bu barədə Feysbukun yaradıcısı Mark Zukerberq öz sosial şəbəkə hesabında bildirib. 

O qeyd edib ki, xəbər nəşrlərinin Feysbukda yayımlanması istifadəçilərin şikayətləri arasında birinci yerdədir: “Biz sosial şəbəkəni bu istiqamətdə ötən ildən dəyişməyə başlamışıq, lakin bu məqsədlə bütün bizim məhsullarımızda dəyişiklik etmək üçün aylar lazım gəldi. Əsas dəyişikliklər xəbər lentində nəzərə çarpacaq. Orada daha çox dostlardan, ailə üzvlərindən və qruplardan paylaşımlar görünəcək. Çünki Feysbuk insanların bir-birinə yaxın olması üçün yaradılıb, lakin son zamanlar istifadəçilər daha çox şirkətlərin, xəbər nəşrlərinin və brendlərin paylaşdığı tərkiblərin sosial şəbəkədən istifadəyə mane olduqlarından şikayət etməyə başlayıblar”.

Qeyd edək ki, Markın şəxsi sosial hesabında yaydığı bu xəbəri izləyiciləri dəstəkləyib və şərhlərdə bu barədə şikayətlərini yenidən bildiriblər.

12.01.2018 14:28 / Baxılıb: 542 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo