Anjey Kaspşikin mandatı 1 il müddətinə uzadılıb

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə uzadılıb. 

Məlumata görə, bu barədə müvafiq qərar ATƏT Daimi Şurasının yanvarın 11-də keçirilmiş iclasında açıqlanıb. Polşalı diplomat 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub. A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır. 
Qeyd edək ki, bu il ATƏT-ə sədrlik İtaliyaya keçib. (apa)

12.01.2018 14:10 / Baxılıb: 334 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo