Mərkəzi Bank 250 milyon manat cəlb edib

Samir Soltanov/AZADİNFORM. Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək. 

Mərkəzi Bankdan Azadinform-a verilən məlumata görə, yanvarın 15-də keçiriləcək hibrid depozit hərracında 250 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir. 

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01 - 14,99% təşkil edir.

12.01.2018 13:10 / Baxılıb: 312 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo