Axtarışda olan oğru Bakıda saxlanıldı

Eşqin Nuruşov/AZADİNFORM. Cinayət əməlləri törətmiş axtarışda olan şəxs Bakıda yaxalanıb.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rakim Babalıyev saxlanılaraq istintaqa təhvil verilib.

R. Babalıyevlə bağlı aparılan tədbirlərlə onun Bakı şəhər sakinləri olan İ. İmanova, R. Mikayılova, R. Məcidova, J. Salahovaya məxsus 4 avtomobildən, 1 evdən pul və məişət əşyaları, habelə 2 qadının mobil telefonlarını oğurlaması da müəyyən edilib.

12.01.2018 12:55 / Baxılıb: 426 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo