Türkiyə vətəndaşlarını ABŞ-a getməməyə çağırdı Terror təhlükəsi var

Samir Soltanov/AZADİNFORM. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) öz vətəndaşlarını ABŞ-a getməməyə çağırıb. 

Azadinform xəbər verir ki, XİN-in açıqlamasında bildirilir: “Yaxın zamanlarda ABŞ-da terror hücumları və insanlara qarşı şiddətin baş vermə halları yaşanır. Bombalı və ya silahlı terror aktları ilə bərabər, avtomobillərin kütlə üzərinə sürülməsi ilə bağlı hücumların şəhər mərkəzlərində, metro stansiyalarda, dini məkanlarda, hətta məktəb ərazilərini hədəf alması ehtimal edilir. Ohio Universiteti ərazisində, Fort Loderdeyl-Holllivud hava limanında, Dar Al-Farooq məscidində, Texas ştatında bir kilsədə baş verən hücumlar, Nyu-Yorkda avtomobilin kütlə üzərinə sürülməsi və son olaraq Nyu-York metrosunda baş verən partlayış bunun göstərir ki, ABŞ-da terror və irqçiliklə bağlı təhlükə mövcuddur.
Bundan başqa, Türkiyə vətəndaşlarının ABŞ-da qanunsuz həbs edilməsi, onlar haqqında çıxarılan məhkəmə qərarları göz önündədir. Bu şərtlərdə ABŞ-a getmək istəyən vətəndaşlarımızın səyahət planlarını bir daha nəzərdən keçirmələrini xahiş edirik. Səyahət zamanı tədbiri əldən verməməkdə fayda olduğunu bildiririk”.

12.01.2018 12:10 / Baxılıb: 439 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo