Bakıda silahlı şəxs saxlanılıb - Foto

Eşqin Nuruşov/AZADİNFORM. Respublikanın daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq silah-sursat gəzdirən Cəbrayıl rayonunda qeydiyyatda olan Əli Məhərrəmov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman sandıqçasında 3 ədəd patron olan “TT” markalı tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

12.01.2018 12:05 / Baxılıb: 409 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.01.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo