ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT sədrinə müraciət edib

Leyla Məhərrəmova / AZADİNFORM. ABŞ ATƏT-ə sədrlik edən İtaliyanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması üçün Minsk qrupunun səylərinə dəstək verməyə çağırıb.

Azadinform xəbər verir ki, bunu İtaliyanın XİN rəhbəri Angelino Alfanonun ATƏT Daimi Şurasındakı çıxışına ABŞ-ın ATƏT-dəki Nümayəndəliyi cavab olaraq deyib.

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması üçün sizi şəxsi nümayəndəniz və Minsk qrupunun səylərini dəstəkləməyə çağırırıq”, - deyə bəyanatda qeyd edilib.

Həmçinin əlavə edilib ki, Nümayəndəlik 2017-ci ildə Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutan Cenevrə görüşünü ümidverici amil kimi qiymətləndirir.

12.01.2018 11:55 / Baxılıb: 462 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo