Qafqazdan Osmanlıya göndərilmiş qulların sənədləri tapılıb

Arzu Ağayeva/AZADİNFORM. XIX əsrdə Qafqazdan Osmanlıya göndərilən qulların siyahısı tapılıb. 

Azadinform xəbər verir ki, Rusiya alimlərinin gün üzünə çıxardığı sənədlər Qafqazdan Osmanlı İmperiyasına aparılan qullarla bağlı açıqlamaların olduğu ilk sənəddir. Sənədlər Qara dəniz sahillərində 1810-cu ildə ələ keçirilən qullarla dolu gəmi ilə bağlıdır.

Rusiya tədqiqat mərkəzindən olan Aleksandr Çerkasov bildirib ki, bu sənədlər nəticəsində bir növ qullarla dolu gəminin içinə göz gəzdirmiş olduq: “Belə sənədlər ilk dəfədir gün üzünə çıxarılıb. Bunlar heç Rusiya Donanmasının dövlət arxivində belə yoxdur. Daha əvvəllər bu sahillərdən Osmanlıya qulların göndərilməsi barədə fikir var idi. Amma bu haqda geniş və dəqiq məlumatlar yox idi”.

Krasnodar şəhərinin Dövlət Arxivindən tapılan sənədlərdə qulları daşıyan Osmanlı gəmisini “Krım” adlı rus hərbi gəmisinin yaxaladığı bildirilib. Gəmidə 10 ekipaj üzvü, 25-i kişi və 41-i qadın olmaqla ümumilikdə 83 nəfər olub. Qulların yarıdan çoxunun 16 yaşdan kiçik olan uşaqlar olduğu bildirilib.

Çerkasov “gəmidəki qulların dəyərini” də hesabladıqlarını bildirib. Qeyd edib ki, 66 qulun dəyəri 2500 xalça dəyərində olub.

Qulların Qafqaz müharibəsinin bitdiyi 1864-cü ilə qədər Osmanlıya göndərildikləri bildirilib.

Çerkasov xatırladıb ki, XVI - XVIII əsrlər arasındakı dövrdə 1 milyondan çox insan Krım və Qafqazdan Osmanlı imperiyasına qul olaraq göndərilib.

12.01.2018 11:40 / Baxılıb: 628 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo