Ardanın uğursuzluğuna səbəb Messi olub İddia

Samir Soltanov/AZADİNFORM. İspaniya mətbuatı “Barselona”nın türk futbolçusu Arda Turanla bağlı yeni iddia ilə çıxış edib. 

Azadinform xəbər verir ki, iddiaya əsasən ötən yay mövsümündə kluba baş məşqçi təyin edilən Ernesto Valverde tərəfindən Ardaya forma geyinmək üçün şans verilməyib. Bundan başqa, Türkiyə millisinin üzvünə komanda yoldaşları da soyuq münasibət bəsləyir. Məlumata görə, başda Messi olmaqla, bir çox futbolçular Ardanın “Barselona”dan getməsini istəyirlər. Hətta, klubunun əsas oyunçularının Ardaya salam vermədiyi də bildirilir. Messinin Ardaya soyuq münasibət bəsləməsinin səbəbi kimi isə türkiyəli futbolçunun klub üçün lazımınca çalışmaması, nailiyyətlər üçün əlindən gələni etməməsi göstərilib. Bu səbəbdən Messi Ardanın “Barselona”dan ayrılmasının tərəfdarıdır.
Qeyd edək ki, Arda Turanın Türkiyənin “Medipol Başakşehir” klubuna keçidi gözlənilir. Futbolçu bir çox məsələlərdə klub rəhbərliyi ilə razılaşıb.

12.01.2018 11:28 / Baxılıb: 631 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo