XİN rəhbərlərinin görüşü gərginliyi azaltmaq üçündür

Leyla Məhərrəmova / AZADİNFORM. Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında təşkil edilən görüşlər təmas xəttində gərginliyi azaltmaq üçündür.

Azadinform tert.am-a istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbərinin müavini Şavarş Koçaryan deyib.  Onun sözlərinə görə, danışıqlar Dağlıq Qarabağ sülh prosesində gələcəkdə irəliləyiş əldə etmək üçün bir imkandır: “Bizim itkilərimiz olur, lakin görüşlər həqiqətən də gərginliyin azalmasına kömək edir”. O əlavə edib ki, nazirlərin yanvarın ortasında görüş keçirməsi nəzərdə tutulub.

Prezident Serj Sarkisyanın səlahiyyət müddəti başa çatmadan öncə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün mümkünlüyü barədə sualı cavablandıran Koçaryan deyib ki, bu haqda müzakirələr aparılmayıb: “Normalda prezidentlərin görüşü XİN rəhbərlərinin görüşünün nəticəsi əsasında razılaşdırılır”.

12.01.2018 10:55 / Baxılıb: 392 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo