Messi bombardirlər siyahısında

Samir Soltanov/AZADİNFORM. “Barselona”nın ulduz futbolçusu Lionel Messi İspaniya kuboku tarixinin ən yaxşı 10 bombardiri siyahısına adını yazdırmağı bacarıb. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, kubokun 1/8 finalında "Selta"ya qarşı cavab  matçında (5:0) dubla imza atan argentinalı hücumçu bu turnirdə vurduğu qolların sayını 46-ya yüksəldib. Bununla da o, bombardirlər siyahısında 10-cu pilləyə yüksəlib. 

Qeyd edək ki, bu göstəricidə ilk pillədə Telmo Sarra (81 qol) qərarlaşıb.

12.01.2018 10:58 / Baxılıb: 599 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo