122 cinayət faktından 26-sı isti izlərlə açılıb - Dünən

Adəm Abbaslı/AZADİNFORM. Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 122 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

Bu barədə Azadinform-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, axtarışda olduğuna görə 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

12.01.2018 09:55 / Baxılıb: 418 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo