Tramp imtina etdi: "Getməyəcəm!"

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfərini ləğv etdiyini bəyan edib.

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidentinin fevralın sonunda Londanda səfirliyin yeni binasının açılışında iştirak etmək üçün Böyük Britaniyaya səfəri gözlənilirdi. KİV-lərdə onun bu səfəri ləğv edəcəyi barədə dəfələrlə məlumatlar getmişdi.

Nəhayət ki, D.Tamp özünün "Twitter" səhifəsində qərarını açıqlayıb:

"Bəli, Londona səfərimi ləğv etdim, çünki Obama Administrasiyasının qərarlarını dəstəkləmirəm. Onlar Londonda səfirliyin əvvəlki binasını qəpik-quruşa satdılar, sonradan ucqar bir yerdə 1,2 milyard dollara yeni bina tikdilər. Pis qərardır. İstəyirsiniz indi yeni səfirliyin lentini kəsim? Yox, etməyəcəm!"

12.01.2018 09:50 / Baxılıb: 558 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo