Neftin qiymətində dəyişiklik var

Adəm Abbaslı/AZADİNFORM. Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.

Azadinform xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,28% azalaraq 63,62 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar və ya 0,03% artaraq 69,28 dollar olub.

Qeyd edək ki, ötən gün ICE London qitələrarası birjasında 2014-cü ilin dekabr ayından bəri ilk dəfə olaraq Brent markalı neftin 1 barelinin dəyəri 70 dollara yüksəlib. 

12.01.2018 09:30 / Baxılıb: 323 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo