Daşkəsən və Tovuzda yanğın olub

Adəm Abbaslı/AZADİNFORM. Daşkəsən və Tovuz rayonlarında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, Daşkəsən rayonu, Qazaxyolçular kəndində ümumi sahəsi 72 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər yanğın hadisəsi isə Tovuz rayonunda qeydə alınıb. Rayonun Əyyublu kəndində ümumi sahəsi 200 kv.m olan birmərtəbəli evin mətbəxinin tavanı 25 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

12.01.2018 09:00 / Baxılıb: 311 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo