Ronaldo UEFA-nın simvolik komandasında yer alıb

“Real Madrid” klubunun beş futbolçusu, o cümlədən Kriştiano Ronaldo azarkeşlərin səsverməsinin nəticələrinə görə, UEFA-nın 2017-ci il üçün ən yaxşı oyunçulardan ibarət simvolik komandasına daxil olub.

Azadinform xəbər verir ki, ötən ilin ən yaxşı futbolçuları sırasında Ronaldo ilə yanaşı, Madrid komandasının müdafiəçiləri Serxio Ramos və Marselo, yarımmüdafiəçiləri Toni Kross və Luka Modriç yer alıblar. Simvolik komandanın tərkibinə habelə qapıçı Canluci Buffon (“Yuventus”), müdafiəçilər Dani Alves (“Yuventus”/Pari Sen-Jermen), Corco Kellini (“Yuventus”), yarımmüdafiəçilər Kevin de Brüyne (“Mançester Siti”), Eden Azar (“Çelsi”), hücumçu Lionel Messi (“Barselona”) daxildir.

Komandaya namizədliyi irəli sürülən 50 oyunçuya azarkeşlər tərəfindən ümumilikdə 8,7 milyondan çox səs verilib. Ən çox səsi Serxio Ramos (588 min) toplayıb.

11.01.2018 23:14 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo