Yol qəzası nəticəsində 2 qadın xəsarət alıb

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Avtoqəza Buzovna qəsəbəsində qeydə alınıb.

Məlumata görə, hadisə zamanı iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən birində olan sərnişinlər - 1965-ci il təvəllüdlü Hüseynova Rəsmiyyə Əhəd qızı və onun bacısı 1959-cu il təvəllüdlü Səmədova Minə Əhəd qızı xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilib. Xəsarətləri nisbətən yüngül olan M.Səmədova sonrakı müalicə üçün evə buraxılıb. (apa)

11.01.2018 22:23 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo