Bakı Fond Birjasının dövriyyəsi illik 2,4 dəfə artıb

AZADİNFORM. Ötən il Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 13,619 mlrd. manat təşkil edib.

Azadinform BFB-yə istinadən xəbər verir ki, bu, 2016-cı illə müqayisədə 2,4 dəfə çoxdur.

Bu müddətdə bağlanmış əqdlərin sayı isə 79,2% artaraq 87 334-ə çatıb.

BFB-nin dövriyyəsinin 43,6%-i, yaxud 5,933 mlrd. manatı törəmə maliyyə alətlərinin payına düşüb. Hesabata əsasən, törəmə alətlər bazarı 2016-cı illə müqayisədə 33,6% artıb.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 7,3 dəfə artaraq 6,067 mlrd. manata, səhm bazarı üzrə əqdlərin dəyəri 6 dəfə artaraq 709,6 mln. manata, istiqraz bazarı üzrə əqdlərin dəyəri 2,9 dəfə artaraq 858,3 mln. manata, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 25 dəfə artaraq 51,6 mln. manata çatıb.

11.01.2018 19:06 / Baxılıb: 119 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo