Prezident Banklar haqqında qanunda dəyişikliklər edib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev “Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb. 

Azadinform xəbər verir ki, qanunun 57-11.6-cı maddəsində aşağıdakı dəyişikliklər edilib: 
1.1. üçüncü cümlədən “ümumilikdə 90 gün müddətinədək” sözləri çıxarılıb; 
1.2. aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilib: “Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur”. 
Keçid müddəasında (Maddə 2) isə qeyd olunur ki, bu qanunun 1-ci maddəsi bu qanun qüvvəyə mindiyi tarixədək başlanılmış restrukturizasiya proseslərinə də şamil olunur.

11.01.2018 18:33 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo