Borussiyanın 9 futbolçusu toyuq dönərindən zəhərlənib

Samir Soltanov/AZADİNFORM. Dortmund “Borussiya”sında kütləvi zəhərlənmə baş verib. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, klubun 9 futbolçusu zəhərlənib. Toyuq dönəri yeyən futbolçular bir anda özlərini pis hiss ediblər. Xəstəxanaya aparılan oyunçuların zəhərləndiyi məlum olub. Onların müalicəsinə dərhal start verilib. Futbolçuların həftəsonu Bundesliqanın növbəti turu çərçivəsində “Volfsburq”la qarşılaşmaya qədər sağalmaları gözlənilir.

Qeyd edək ki, zəhərlənən futbolçular bunlardır: Nuri Şahin, Ömər Toprak, Roman Bürki, Roman Vaydenfeller, Mark Bartra, Andre Şürrle, Kristian Puluşiç, Yakob Brun Larsen və Dominik Reymann.

11.01.2018 18:15 / Baxılıb: 164 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo