Bu qərar Azərbaycanın tanınmasında atılan mühüm addımların davamıdır

AZADİNFORM. Ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib.

Azadinform xəbər verir ki, bu qərarı alqışlayan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, Azərbaycan Prezidentinin indiyə kimi atdığı hər bir addım ölkəmizin milli mənafeyinə, dövlətimizin maraqlarını qorumaqla perspektivli inkişafa xidmət edib: “Bu hadisə bütövlükdə Azərbaycan cəmiyyəti, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən yüksək rəğbətlə qarşılanıb. Hətta Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə bu hadisə ilə bağlı cənab Prezidentə təşəkkür də edib. Xaricdəki azərbaycanlı ziyalılar dünəndən Prezidentin bu addımına görə ona minnətdarlıq edirlər. 

Yəni 2018-ci ilin ölkəmizdə “Cümhuriyyət ili” elan edilməsi tək Azərbaycanın daxilində deyil, bütün dünyada qəbul edilir. Buna görə də hər bir azərbaycanlı  Prezidentlə qürur duymalı və onun ətrafında sıx birləşməlidir.  Deputat qeyd edib ki, bu qərardan irəli gələn öhdəliklərlə bağlı hər bir Azərbaycan vətəndaşı Prezidentə dəstək olmalıdır: “Prezident özü də çıxışında qeyd etdi ki, indiki müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqına məxsusdur. Bu varisliyi dövlətimiz öz üzərinə götürür. Ölkə başçısı son addımı ilə əvvəllər söylədiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrini bir daha təsdiqlədi. Hər kəs bunun şahididir ki, İlham Əliyev bütöv azərbaycanlıların, eyni zamanda ölkə hüdudlarından kənarda yaşayan həmyerlilərimizin prezidentidir. Bunu hər bir Azərbaycan vətəndaşı görür və yüksək qiymətləndirir”. Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu qeyd edən komitə sədri bundan hər bir azərbaycanlının yararlanacağını vurğulayıb: “Şərqdə ilk dəfə olaraq qadınların müstəqil şəkildə seçkilərə qatılması tariximizdə qürurverici hadisə kimi yaddaşlara həkk olunub. Yüzillik tarixin varisi indiki müstəqil Azərbaycandırsa, biz bununla öz dövlətimizi dünya miqyasında təbliğ etmək imkanlarına malik olacağıq. Bu bizim üçün böyük avantajdır və cənab Prezidentin bu addımı bizlərin hər birinə daha düzgün yol göstərmiş oldu. Təsadüfü deyil ki, Ümummilli Lider Heydər Əliyev M.Ə.Rəsulzadə ailəsinə, Azər Rəsulzadəya, Rais Rəsulzadəyə daim diqqət və qayğı göstərib. Bu qayğı və diqqət bu gündə Ümummilli liderin siyasi davamçısı olan cənab İlham Əliyev tərəfindən davam etdirilir. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının ilk Parlamentinin rəhbəri Əlimərdan bəy Topçubaşovun Fransanın paytaxtı Parisin Sen Klu (Saint-Cloud) məzarlığında yerləşən məzarı üstündə qəbirüstü abidə ucaldılıb və tarixi əhəmiyyətə malik sinə daşı ölkəmizə gətirilərək Nizami muzeyinin ekspozisiyasına daxil edilib. 

Prezident İlham Əliyevin göstərişi ilə əməkdar rəssam Rais Rəsulzadənin 70 illik yubileyi keçirilib, fərdi sərgisi açılıb və kitabı nəşr edilib.Prezidentin təşəbbüsü ilə daim İstiqlaliyyət qurucuları, onların ailələri ilə münasibət saxlanılıb, sonradan ikinci dünya müharibəsi qəhrəmanı olmuş Mehti Hüseynzadəyə də Sloveniyada Xatirə muzeyi açılıb.

“Cümhuriyyət ili” elan edilməsi dövlətiçiliyimizin daha da inkişaf etdirilməsində, dünya səviyyəsində Azərbaycanın tanınmasında atılan mühüm addımların davamıdır. Azərbaycan gəncləri adından Prezidentin bu addımını alqışladığımızı bildirir və hər zaman dövlətçilik və müstəqilliyimizin qorunub saxlanmasına töhfə verəcəyimizə söz veririk. Bizim borcumuz da tarixin bizə bəxş etdiyi lideri qorumaq və ona ölkəmizin inkişafı naminə gördüyü hər bir işdə dəstək olmaqdır”.

11.01.2018 17:33 / Baxılıb: 388 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo