Bakıda avtobus betonqarışdıran maşınla toqquşub - Yaralılar var

Bakıda marşrut avtobusu betonqarışdıran maşınla toqquşub.

Məlumata görə, hadisə Qara Qarayev prospektində qeydə alınıb. 214 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu betonqarışdıran maşınla toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar avtobusda olan sərnişinlər – 1955-ci il təvəllüdlü Əmrahova Gülxanım Vəli qızı və 2004-cü il təvəllüdlü Alışov Əmrah Əliağa oğludur.

Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri qənaətbəxşdir. (apa)  

11.01.2018 17:05 / Baxılıb: 349 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo