Banklara borclu olan şəxslər ölkədən qaçmaq istəyərkən saxlanıldı Fotolar

Samir Soltanov/AZADİNFORM. Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycan ərazisində törətdikləri cinayət əməlindən yayınmaq məqsədi ilə qeyri-qanuni yollarla dövlət sərhədini pozaraq müqabil ölkə ərazisinə keçməyə cəhd edən şəxslərin aşkarlanması və saxlanılması istiqa­mətində tədbirlər davam edir. 

DSX-nin Mətbuat Mərkəzindən Azadinform-a verilən məlumata görə, 04.01.2018-ci il tarixdə Azərbaycan vətəndaşları 11.01.1983-cü il təvəllüdlü Xasməmmədov Sənan Səməd oğlu və 06.08.1981-ci il təvəllüdlü Xasməmmədov Elvin Azər oğlu Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən saxlanılıblar. 
Aparılmış araşdırmalar nəticəsində saxlanılan hər iki şəxsin müxtəlif banklara borclu olduqlarına görə məhkəmə qərarı ilə ölkədən çıxışlarının məhdudlaşdırılması və bu səbəbdən onların ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərmələri məlum olub. 
08.01.2018-ci il tarixdə Azərbaycan vətəndaşı 18.06.1985-ci il təvəllüdlü Orucov Xəqani Soltan oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən saxlanılıb. Aparılmış ilkin araşdırma nəticəsində onun törətdiyi cinayət əməlinə görə “axtarış”da olması müəyyənləşdirilib. 
Hazırda hər iki fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

11.01.2018 16:19 / Baxılıb: 550 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo