Kamranın işi qırmızı vərəqə aldığı oyunda bağlandı

Samir Soltanov/AZADİNFORM. “Kamran Ağayev gələndə hazır deyildi. Hazır olanda isə zədələndi”. 

Azadinform qol.az-a istinadən xəbər verir ki, bu sözləri Çexiyanın "Mlada" klubunun baş məşqçisi Duşan Uxrin deyib. "İsport.blesk.cz" saytına müsahibə verən təcrübəli mütəxəssis millimizin qapıçısı K. Ağayevin Boleslav təmsilçisindən göndərilməsinin səbəbini açıqlayıb: "Onun işi qırmızı vərəqə aldığı oyunda bağlandı. Amma deyə bilmərəm ki, Kamran pis qapıçıdır. Sadəcə, komandaya, burdakı mühitə uyğunlaşa bilmədi". 

Qeyd edək ki, cari mövsümün əvvəlində "Mlada"ya keçən Ağayev dekabrda Çexiya klubundan göndərilib.

11.01.2018 14:15 / Baxılıb: 474 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo