Baxler: Prezidentlərin Cenevrə görüşü stimulvericidir

Leyla Məhərrəmova / AZADİNFORM. “Dağlıq Qarabağın yekun statusu ilə bağlı masa üzərində bəzi prinsiplərimizin olması maraqlı haldır, lakin real danışıqlar arxitekturası yoxdur. Bu prinsiplərin həyata keçirilməsi üçün münaqişənin hər iki tərəfi ilə əlaqə  saxlanılır. Gürcüstan kontekstində yekun statusla bağlı müzakirələrimiz və ya prinsiplərimiz yoxdur. Lakin xoşbəxtlikdən situasiyanı stabil saxlamaq üçün Cenevrə prosesi mövcuddur”.

Azadinform xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2016-cı ilin aprel döyüşlərindən sonra mövcud olan kiçik inam itdi: “Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü vacib və stimulvericidir. Lakin prezidentlərin ikitərəfli görüşü avtomatik danışıqlar prosesini yaratmayacaq”.

Baxler bildirib ki, ATƏT-ə İsveçrənin 2014-cü il sədrliyi strukturlaşdırılmış danışıqların kağız üzərində olmayan formasını bütün elementləri ilə birgə yaratdı və bu sədrlik edən dövlətlərə təqdim edildi: “Ola bilsin ki, bir gün bundan istifadə edəcəklər. Həmçinin  ötən il ATƏT-ə sədrlik edən Almaniyanın rəhbərliyi altında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin monitorinq missiyasının genişləndirilməsi məsələsi üzərində uzun müddət işlədik”. 

Baxler deyib ki, məsələ ilə bağlı Sankt-Peterburqda prezidentlər arasında razılıq əldə edilsə də, tətbiq edilmədi: “Bu təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədində monitorinq apara biləcək çox kiçik monitorinq missiyasıdır. Söhbət beynəlxalq heyətin sayının 6-dan 13 nəfərə çatdırılmasından gedir. Avstriya sədrliyi konsepti inkişaf etdirdi, məsələ ilə bağlı bəzi irəliləyişlər var. Ona görə də monitorinq missiyasının bu il tətbiq edilməsi real görünür”.

11.01.2018 13:34 / Baxılıb: 398 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo