Xərçəng olduğum vaxt Messinin reaksiyası məni məyus etdi Abidal

Samir Soltanov/AZADİNFORM. "Barselona"nın sabiq futbolçusu Erik Abdidal xərçəng olduğu dönəmlə bağlı xatirəsini bölüşüb. 

Azadinform qol.az-a istinadən xəbər verir ki, o, "Canal +"ə açıqlamasında bildirib ki, Kataloniya klubunda oynadığı vaxt matçların birindən əvvəl yaxşı olduğunu göstərmək üçün komanda yoldaşlarına video göndərib. Amma həmin videoya Messinin verdiyi reaksiya E.Abidalı məyus edib: “Həmin vaxt çox arıqlamışdım. "Barselona"nın oyununa qədər özümdən bəhs edən bir videoçarx hazırladım və komandadakı əhval-ruhiyyəni yüksəltmək üçün bunu oyunçulara göndərdim. Bilirsiniz, Messi mənə nə dedi?" Dedi ki, daha bizə belə şeylər göndərmə. Çünki bizə əzab verir. Mən bu videolarla onları ruhlandırmaq istəyirdim. Futbolçular isə bildirdilər ki, məni cəsəd kimi görürlər və bu onları incidir”.

11.01.2018 13:25 / Baxılıb: 1082 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo