Prezidentin 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi tarixi addımdır

Leyla Məhərrəmova / AZADİNFORM. “Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi tarixi addımdır”.

Bu fikri Azadinform-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, bu insanlarda milli qürur hissini daha da gücləndirəcək: “Digər tərəfdən isə Şərqdə ilk demokratik respublikanı qurmağımız bütün dünyaya əyan olacaq”.

Məsələ ilə bağlı fikir bildirən Milli Məclisin deputatı Rövşən Rzayev də 2018-ci ilin AXC ili  elan olunmasını müsbət hal kimi qiymətləndirib: “Prezident bu qərarı verməsi onu göstərir ki, o Azərbaycanın tarixinə böyük qiymət verir. Sərəncama uyğun olaraq  bütün müvafiq məsələlər öz həllini tapacaq”.

11.01.2018 13:05 / Baxılıb: 409 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo