Paris müqaviləsinə yenidən qayıda bilərik

Ləman Hüseynzadə / AZADİNFORM. “Paris iqlim razılaşmasına yenidən qayıda bilərik”.

Azadinform xəbər verir ki, bunu Norveç Baş naziri Ernoy Solberqlə ortaq mətbuat konfransı zamanı ABŞ prezidenti Donald Tramp söyləyib.

Tramp qeyd edib ki, Paris müqaviləsi ABŞ-a qarşı çox ədalətsiz addım idi: “Bu müqavilə çərçivəsində bizim bizneslə məşğul olmağımız çox çətin idi. Eyni zamanda, müqavilə bizim çoxlu dəyərli aktivlərimizi apardı. Buna baxmayaraq biz müqaviləyə yenilənmələr çərçivəsində qayıda bilərik”.

11.01.2018 11:55 / Baxılıb: 537 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo