Bu dövlət başçısının AXC-nin fəaliyyətinə verdiyi qiymətin göstəricisidir

Leyla Məhərrəmova / AZADİNFORM. “Azərbaycan Xalq Cümhuriyyəti dövrü Azərbaycan tarixinin ən öndə gedən səhifələrindən birini təşkil edir. Şərqdə ilk demokratik, müstəqil Cümhuriyyəti quran xalqımız bununla adını tarixə yazmış oldu”.

Bu fikirləri Azadinform-a politoloq Zaur Məmmədov Azərbaycan Prezidenti tərəfindən 2018-ci AXC ili elan edilməsini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, AXC çox çətin zaman kəsiyində yaranmışdı. Belə ki, həmin dövrdə beynəlxalq aləmdə və regionda vəziyyət çox gərgin idi: “Ermənilərlə münaqişə, Rusiya, İngiltərə və digər ölkələrlə çətin münasibətlər var idi. Buna baxmayaraq AXC 23 ay yaşamağa müvəffəq oldu”.

Z. Məmmədov Prezident tərəfindən 2018-ci ilin AXC ili elan edilməsini hər bir azərbaycanlı kimi yüksək qiymətləndirdiyini bildirib: “Bu dövlət başçısının AXC-nin tarixinə, onun fəaliyyətinə verdiyi qiymətin göstəricisidir. Azərbaycan xalqı AXC-ni quranlarla fəxr edir”.

11.01.2018 11:50 / Baxılıb: 652 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo