Bu il üç "ASAN Xidmət" mərkəzi fəaliyyətə başlayacaq

“2018-ci ildə yeni mənzillərlə təmin olunacaq məcburi köçkün ailələrinin sayı ötən illə müqayisədə iki dəfə çox olacaq”. 

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib. Prezident bildirib ki, 2018-ci ildə ölkədə üç "ASAN Xidmət" mərkəzi fəaliyyətə başlayacaq və daha 5 mərkəzin tikintisi aparılacaq. 2018-ci ildə ölkədə makro-iqtisadi vəziyyətin sabitliyi ilə bağlı lazımi tədbirlər görüləcəyini deyən dövlət başçısı bildirib ki, qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzində olub. 

Prezident 2018-ci ildə sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdiriləcəyini, yeni iş yerlərinin açılması üçün işlərin görüləcəyini deyib, özünəməşğulluq proqramının icrası məqsədi ilə müvafiq vəsaitin nəzərdə tutulduğunu bildirib.
Dövlət başçısı onu da vurğulayıb ki, sosial infrastruktur layihələrin icrası davam etdiriləcək: “Bölgələrdə modul tipli məktəblərin tikintisi aparılacaq. Regionlarda, paytaxtda məktəblərin və tibb müəssisələrinin təmiri və inşası həyata keçiriləcək”. 
Sənaye məhəllələrinin yaradılması prosesinin davam etdiriləcəyini, kənd təsərrüfatının inkişafı üçün addımların atılacağını, yeni xalça fabriklərinin açılışının nəzərdə tutulduğunu deyən prezident İlham Əliyev bildirib ki, pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, sitrusçuluqla bağlı müsbət nəticələr əldə olunub və bu sahələrə diqqət davam etdiriləcək. 
Heyvandarlığın inkişafı, yeni kənd təsərrüfatı texnikasının alınması, zeytunçuluğun və arıçılığın inkişafı ilə bağlı əlavə tədbirlərin görüləcəyini deyən dövlət başçısı ticarət nümayəndəliklərinin yaradılmasının əhəmiyyətini vurğulayıb. (apa)

10.01.2018 18:14 / Baxılıb: 180 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo