İlham Əliyev: "Münaqişənin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır"

“Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, bu, Avropa İttifaqının ( Aİ) Şərq Tərəfdaşlığı sammitinin yekun bəyyanəməsində də əksini tapıb.

Prezident İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağda keçirilən qondarma referendumun beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınmaması da bunu təsdiqləyir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan dövlət başçısı deyib ki, bu münaqişənin həllində Azərbaycanın mövqeyi ədalətli və beynəlxalq hüquqa əsaslanır. (Apa)

10.01.2018 17:28 / Baxılıb: 154 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo