Neft 80 dollaradək bahalaşa bilər - Proqnoz

Samir Soltanov/AZADİNFORM. “Neftin bir barrelinin qiyməti 80 dollaradək bahalaşa bilər”. 

Azadinform xəbər verir ki, ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup” belə bir proqnozla çıxış edib. Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyi ilə bağlı bəyanatları və Yaxın Şərqdəki siyasi gərginlik neftin qiymətinin 80 dollar/barrelədək bahalaşmasına səbəb ola bilər.  

“Citigroup”a görə, neft bazarında 2018-ci ildə elə də sakit keçən bir il olmayacaq, Yaxın Şərqdəki gərginlik, eləcə də ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inin şərhləri neftin bir barrelinin qiymətinin 80 dollar səviyyəsinə qalxmasına zəmin yaradır. Bütün bu proseslər fonunda isə Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və digər neft istehsalçısı ölkələrlə əldə edilən hasilatın azaldılması üzrə saziş “qara qızıl”ın qiymətini artırır: “ABŞ-ın OPEC-in ən böyük neft istehsalçılarından olan İrana qarşı yeni sanksiyalar tətbiq etməsi Orta Şərqdəki neft ixracının ən azı 500 min barrel azalmaya səbəb olacaq. Donald Tramp bu bəyanatı, OPEC-ə üzv ölkələr İraq və Liviyadakı siyasi böhranların xam neft təklifində ciddi azalmaya səbəb olacaq və bu da neftin qiymətinin 70-80 dollar/barrel səviyyəsinə qalxmasına zəmin yaradacaq.

10.01.2018 15:28 / Baxılıb: 672 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo