Aİ-nin qəbul etdiyi bəyanat Azərbaycan Prezidentinin gördüyü işlərin nəticəsidir

Leyla Məhərrəmova / AZADİNFORM. "Kəlbəcəri götürməklə həm Ermənistana, həm də Dağlıq Qarabağa nəzarət etmək mümkündür. Ağdərə Kəlbəcərin açarıdır".

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, aprel döyüşlərində Ağdərədən torpaq götürməyimiz bizim danışıqlar prosesində mövqeyimizi gücləndirdi: "Digər tərəfdən ötən il Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Avropa İttifaqının qəbul etdiyi yekun sənəddə göstərildi ki, münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Lakin bundan öncəki bəyanatlarda Gürcüstan, Moldova və Dnestryanı kimi münaqişələrdə ərazi bütövlüyü prinsipinə toxunulurdu. Aİ Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Aİ ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini bildirirdi".

Politoloq deyib ki, Azərbaycan Prezidentinin 3 il ərzində gördüyü işlərin nəticəsində Aİ ötən il qəbul etdiyi bəyanatda Dağlıq Qarabağ münaqişəsinin də ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyini vurğuladı.

10.01.2018 12:34 / Baxılıb: 381 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo