Politoloq: Yaranan riski Bakı azalda bilir

Leyla Məhərrəmova / AZADİNFORM.  Azərbaycanın bu vaxta qədər gördüyü işlərin ən yaxşı testi Bakıda ABŞ və Rusiya hərbçilərinin görüşünün keçirilməsidir.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, görüşü təşkil edən dövlətlər başa düşür ki, bu görüşə ev sahibliyi edən dövlət üçün əlavə risk yaranır və Bakı da bu riski azalda bilir: "Hesab edirəm ki, ötən il Bakıda baş tutan ABŞ və Rusiya hərbçilərinin görüşü bu vaxta qədər gördüyümüz işlərə verilən ən yaxşı qiymətdir".

O həmçinin əlavə edib ki, yanvarın ikinci yarısında Bakıda NATO və Rusiyanın yüksək çinli hərbçilərinin görüşü keçiriləcək.

10.01.2018 12:27 / Baxılıb: 437 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo