Daxili orqanında narkotik vasitə aşkarlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ölkəyə narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıblar. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Daha sonra vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Müayinə zamanı onun düz bağırsağında narkotik vasitələr - bir ədəd bükümdə xalis çəkisi 9,134 qram olan heroin, digər bükümdə isə xalis çəkisi 4,434 qram olan tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

10.01.2018 10:25 / Baxılıb: 148 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo