Ermənipərəst Roys Konqresdən gedir

Leyla Məhərrəmova / AZADİNFORM. ABŞ Konqresinin Nümayəndələr Palatasının  Xarici İşlər Komitəsinin sədri, ermənipərəst mövqeyi ilə tanınan konqresmen Ed Roys bu il seçkilərdə namizəd olmayacağını açıqlayıb.

Azadinform-un məlumatına görə, Roys noyabrda Konqresə keçiriləcək seçkilərə qatılmayacağını vurğulayıb.

Qeyd edək ki, 1992-ci ildən Konqresdə təmsil olunan Roys uydurma erməni soyqırımının ABŞ-da tanınması, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xalqların öz müqəddəratını təyin etmə prinsipini dəstəkləyib. Həmçinin ABŞ-ın Ermənistana investisiya yatırması ilə bağlı məsələlərə dəstək verib.

9.01.2018 15:35 / Baxılıb: 440 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo