I qrup əlilin pensiya kartını oğurlayıb 310 manatını çıxardılar - Foto

Eşqin Nuruşov/AZADİNFORM. I qrup əlilin pensiya kartı oğurlanaraq hesabındakı pul mənimsənilib. Azadinform xəbər verir ki, hadisə Cəlilabad rayonunda baş verib. 

Rayonun Sabirabad kənd sakini, 54 yaşlı Leyla İmanovanın pensiya kartı yaşadığı evdə - masanın üstündən oğurlanıb. Xəstənin yaxınları onun şəxsiyyət vəsiqəsi ilə Bankdakı hesabından pulu çıxarmaq istədikdə məlumat verilib ki, bir neçə saat əvvəl kartın balansında olan 310 manat pul artıq çıxarılırb. 

Zərərçəkənin yaxınlarının sözlərinə görə, pensiya kartı evə daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. 

Hadisə ilə bağlı Cəlilabad polisinə məlumat verilib.

9.01.2018 15:22 / Baxılıb: 535 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo