Banklara borcu olan şəxs ölkədən çıxarkən saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən  axtarışda olan və ya cinayət törədərək digər ölkə ərazisində gizlənmək məqsədi ilə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində fəaliyyət davam etdirilir.

DSX-dan Azadinform-a verilən məlumata görə, Azərbaycan vətəndaşı, 25.06.1980-cı il təvəllüdlü İsgəndərov İlqar Rəftar oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiyaya keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.

Aparılmış ilkin araşdırma nəticəsində saxlanılan şəxsin müxtəlif banklara borcu olduğuna görə məhkəmə qərarı ilə ölkədən çıxışının qadağan olunması və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilmişdir.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

9.01.2018 14:33 / Baxılıb: 469 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo