Ermənistan MN yaralı əsgərlərin adlarını açıqlamır

Leyla Məhərrəmova / AZADİNFORM. Yanvarın 4-də Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağda mina partlaması nəticəsində yaralanan erməni əsgərlərin adları açıqlanmır.

Azadinform Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan əsgərlərin ayaqlarının amputasiya olunduğunu deyib.

O əlavə edib ki, əsgərlərdən biri elə həmin gün Yerevan Mərkəzi Hərbi Hospitalına yerləşdirilib. Digər əsgər isə bu gün Yerevandakı hospitala aparılacaq.

Qeyd edək ki, Hovhannisyan əsgərlərin adları və yaşları barədə heç bir məlumat verməyib.

9.01.2018 14:15 / Baxılıb: 453 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo