Serj Sarkisyanın səhhətində problem yaranıb

Leyla Məhərrəmova / AZADİNFORM. Ermənistan prezident ofisinin mətbuat xidmətinin rəhbəri Vladimir Hakobyan prezident Serj Sarkisyanın bayram günlərində xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatları təkzib edib.

Azadinform news.am saytına istinadən xəbər verir ki, Hakobyan bunun həqiqətə uyğun olmadığını vurğulayıb: “Prezident bir az soyuqlayıb, lakin bayram günlərində evdə olub”.

Qeyd edək ki, “Jamanak” qəzeti Sarkisyanın bayram günlərində səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirildiyini yazıb.

9.01.2018 13:23 / Baxılıb: 605 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo