Kosmonavtın boyu kosmosda 9 sm uzanıb

Arzu Ağayeva/AZADİNFORM. Yaponiyalı kosmonavt Norişige Kanai Beynəlxalq Kosmik Stansiyada keçirdiyi üç həftə ərzində 9 sm uzandığını bildirib.

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, bu haqda kosmonavt öz şəxsi “Twitter” hesabında məlumat verib: “Fiziki parametrlərin ölçülməsi ilə bağlı tibbi müayinədən keçdim və məlum oldu ki, mənim boyum anidən 9 sm artıb”.

Kosmonavt əlavə edib ki, orta məktəbdən sonra boyunun uzanması dayanıb.

Qeyd edək ki, çox vaxt kosmonavtlar kosmosdakı çəkisizlik səbəbindən 1-2 sm uzanırlar.

9.01.2018 13:17 / Baxılıb: 864 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo