Tramp psixiatr qəbuluna getməyəcək

Arzu Ağayeva/AZADİNFORM. ABŞ prezidenti Donald Tramp hər il edilən tibbi müayinə zamanı psixiatr qəbuluna getməyəcək.

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi məlumat verib.

Bildirilir ki, jurnalistlərin “prezidentin bu ilki tibbi müayinəsinə psixiatr qəbulu daxil edilibmi?” sualını mətbuat katibi “yox” deyərək cavablayıb.

Qeyd edək ki, Trampın siyasi rəqibləri tez-tez prezidentin psixi vəziyyətinin qeyri-stabil olduğunu, bu səbəbdən dövlət başçısı ola bilməyəcəyini vurğulayırlar.

Xatırladaq ki, hər an nə edəcəyi bilməməklə ittiham olunan Tramp bunun əksinə özünü “stabil bir dahi” adlandırıb.

9.01.2018 12:15 / Baxılıb: 642 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo