26 cinayət faktının üstü isti izlərlə açılıb

Samir Soltanov/AZADİNFORM. Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 124 cinayət faktından 26-nın üstü “isti izlər”lə açılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, axtarışda olduğuna görə 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, beş nəfər xəsarət alıb. 
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib. 
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

9.01.2018 11:02 / Baxılıb: 314 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo