Nazir qoşunlara konkret tapşırıqlar verdi

Eşqin Nuruşov/AZADİNFORM. Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitləri və psixoloqlarla keçirilən təlim-metodiki toplantıya cəlb olunan heyətlə görüşüb.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, birlik, birləşmə, qoşun qisimləri və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Z. Həsənov 2017-ci ildə döyüş və mənəvi-psixoloji hazırlıq sahəsində görülən fəaliyyətlərin təhlilini apararaq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.

Cari tədris dövründə bu istiqamətdə müəyyən edilmiş prioritetlər barədə danışan nazir hərbi qulluqçuların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi kollektivlərdə sağlam rəqabət atmosferinin inkişaf etdirilməsi, əsgər və zabitlərin şəxsi xüsusiyyətləri nəzərə alınmaqla fərdi tərbiyə işinin planlı şəkildə həyata keçirilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Z.Həsənov qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.

8.01.2018 16:50 / Baxılıb: 529 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo