Sərkisyanın istefaya gedəcəyi tarix bəlli oldu

Ləman Hüseynzadə / AZADİNFORM. Cari ilin mart ayının ilk ongünlüyündə Ermənistan parlamenti ölkənin yeni prezidentini seçəcək.

Azadinform xəbər verir ki, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb. Yeni seçilən prezidentin aprelin 9-da səlahiyyətlərinin icrasına başlayacağı qeyd olunub.

Məlumata görə, həmin tarixdə ölkə başçısının səlahiyyətləri rəsmən başa çatacaq və bununla da yeni hökumət yaradılacaq. Hazırkı hökumət isə istefaya gedəcək. Bundan əlavə, 9-16 aprel tarixlərində parlament fraksiyaları baş nazir postuna öz namizədlərini irəli sürəcək.

8.01.2018 16:05 / Baxılıb: 471 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo