İngiltərədə metroda şalvarsız flaşmob keçirilib

Arzu Ağayeva/AZADİNFORM. İngiltərənin paytaxtı Londonda artıq ənənənə halını almış “metroda şalvarsız” flaşmobu keçirilib.

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, aksiyada təqribən 300 nəfər iştirak edib.

Qeyd edək ki, flaşmobu ilk dəfə 2002-ci ildə ABŞ-ın Nyu York şəhərindəki metroda “Improv Everywhere” adlı qrup keçirilib. 2001-ci ildə yaranmış qrup bu flaşmobun insanlarda ruh yüksəkliyi yaratmaqdan başqa heç bir məqsədinin olmadığını bildirib. Xatırladaq ki, “Improv Everywhere” bir çox flaşmobları ilə tanınır.

8.01.2018 15:12 / Baxılıb: 534 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo