Dayanacaqda avtobus gözləyən şəxsin pulu və sənədi oğurlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisindəki dayanacaqlardan birində şəhər sakini Yusif Salmanov içərisində 470 manat, sənəd və məişət əşyası olan sellofan torbasının oğurlanması barədə ŞPİ-nin 4-cü Polis Bölməsinə müraciət edib.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və şəhər sakini, əvvəllər məhkum olunmuş Nuru Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.

8.01.2018 13:47 / Baxılıb: 338 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo