Keçmiş məhkumdan 13 kiloqram marixuana götürülüb Foto

Samir Soltanov/AZADİNFORM. Bakıda keçmiş məhkumdan 13 kiloqram narkotik maddə götürülüb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Quliyev saxlanılıb. 

Polis İdarəsində üzərinə baxış zamanı ondan 7,29 qram narkotik maddə hesab edilən marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq A. Quliyevin yaşadığı evə baxış keçirilib. Bu zaman oradan külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 13 kiloqram 50 qram qurudulmuş marixuana olması barədə rəy verilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. 
Araşdırma zamanı məlum olub ki, A. Quliyev narkotik tərkibli çətənə kollarını bir müddət əvvəl həyətində əkərək onlara xüsusi üsulla qulluq edib. Daha sonra isə o, həmin marixuananı satmaq və şəxsi istifadəsi üçün qurudaraq özündə saxlayıb. 
Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

8.01.2018 12:23 / Baxılıb: 427 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.06.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo