Külli miqdarda pirotexniki vasitə müsadirə edilib

Eşqin Nuruşov/AZADİNFORM. Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkəyə pirotexniki vasitələrin keçirilməsinin qarşısını alıblar. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Omega" avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qapılarının içərisindən və tavanından gömrük nəzarətindən gizlədilən, üzərində "Cock Growing At Dawn" yazısı olan 920 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

8.01.2018 11:15 / Baxılıb: 297 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo