Məhəbbət əfsanəsi baleti Sankt-Peterburqda

Adəm Abbaslı/AZADİNFORM. Fevralın 15-16-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında SSRİ Xalq Artisti Arif Məlikovun üçpərdəli “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək.

Azadinform xəbər verir ki, bu barədə məlumat Mariya Teatrının saytında yer alıb.

“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb. Səhnə əsərinin musiqisi, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır.

Tamaşanın iştirakçıları barədə əlavə məlumat veriləcək.

8.01.2018 09:55 / Baxılıb: 411 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo